Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:58
-
Naxçıvanın Nehrəm kənd sakini Vəfadar Eyvazov su probleminə etiraz olaraq mayın 16-dan aclıq aksiyasına başladığını bildirir. O, AzadlıqRadiosuna deyib ki, problem həll olanana kimi aksiyanı davam etdirəcək:

“Yaz girəndən bir dəfə də olsun taxılımı suvara bilməmişəm. Bankdan da 2 min manat kredit götürmüşəm. Su verməsələr əkin zay olacaq, qazanc götürə bilməyəcəyəm. Necə qaytaracağam o pulu? Normal su verilsə idi, 5-6 min manat qazanc edəcəkdim. İndi heç qoyduğum mayanı da çıxara bilməyəcəyəm. Araz kəndin ayağından axır. Su vermək istəmirlər. Məmurların hər şeyi var, gözləri doymur. Özləri istədiyi kimi suvarırlar əkinlərini, bizə su vermək istəmirlər. Belə bir misal var: “Özləri hər gün kabab yeyir, bizim yavan çörəyimizi də əlimizdən alırlar”. Su verilməyənə qədər aclıq aksiyasını davam etdirəcəyəm”.

Vəfadar Eyvazov bir neçə gün boynundan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova ünvanlanmış “Cənab sədr, bizə su verin!” şüarı yazılmış lövhə asmışdı. O, bu yolla Nehrəm kəndindəki su problemini rəhbərliyin diqqətinə çatdırmaq istədiyini bildirirdi.
Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov isə Vəfadar Eyvazovun etirazına münasibət bildirmək istəməmişdi. Ancaq o, bundan öncə AzadlıqRadiosuna bildirmişdi ki, Nehrəm kəndində əkin suyu ilə bağlı heç bir problem yoxdur.

Babək rayon Su Təsərrüfatı İdarəsinin rəhbəri Yəhya Quliyev də Nehrəmdə əkin suyu ilə bağlı heç bir problemin olmadığını bildirmişdi. O, suyun yalnız məmurların əkin sahəsinə verilməsi ilə bağlı deyilənləri də təkzib edirdi.
XS
SM
MD
LG