Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:01

Avropa Yenidənqurma və İnkişaf Bankı “Veysəloğlu Group”a 9 mln dollar ayırır


-
AYİB mayın 14-15-də Varşavada illik toplantısını keçirir. Toplantıda AYİB “Veyseloglu Group”a 9 milyon dollar yardım edəcəklərini bildirib.

Bu maliyyələşmə şirkətin istehsal gücünü artırmaq və inkişafı üçün nəzərdə tutulur. Bankın ayırdığı kredit 3 yeni şirniyyat xəttinin tətbiqi sayəsində şirkətin istehsal gücünü və məhsul çeşidini genişləndirməyə imkan verəcək.

AYİB-nın Bakı ofisinin rəhbəri Neil McKain bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirib:

“Azərbaycanda özəl sektor və istehsal inkişafına dəstək AYİB üçün prioritetdir. Biz “Veysaloglu Group” ilə əməkdaşlığımızı davam etdirməkdən və yeni iş yerlərinin açılması, keyfiyyətin yaxşılaşdırılması, rəqabətin yaradılması üçün şirkətə yardım etməkdən məmnunuq”- deyə Neil McKain bildirib.

İmzalanma mərasimində çıxış edən “Veyseloglu Group”un nümayəndəsi İlqar Nuriyev bildirib ki, AYİB 2008-ci ildə şirkətin əvvəlki genişlənməsini də dəstəkləyib:

“Bankın dəstəyi sayəsində ötən illər ərzində istehsal həcmlərini və əldə edilən gəlirləri iki dəfədən çox artıra bildik”.

“Veyseloglu Group” Azərbaycanda qənnadı məhsullarının idxalı ilə məşğuldur. Grupun şokalad brendi Azərbaycanda “Ulduz” adı ilə tanınır.

AYİB 1991-ci ildən bu günədək Azərbaycanda 146 layihəyə təqribən 1,8 milyard avro ayırıb. Özəl sektora isə vəsaitlərin təxminən yarısı yönləndirilib.

Onların arasında Qaradağ sement zavodunun yenidən qurulması, magistral yolların çəkilməsi, kiçik biznesin genişləndirilməsi kimi layihələr də var.
XS
SM
MD
LG