Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:08

Musiqili Teatrda “Qızıl toy” çalınacaq


“Qızıl toy” operettası
“Qızıl toy” operettası
-
Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımi olan bu məşhur əsərə üçüncü dəfə quruluş veriləcək.

“Qızıl toy” operettası illər öncə
“Qızıl toy” operettası illər öncə
Əsərə ilk səhnə həyatını 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.

İkinci quruluşun müəllifi isə 1996-ci ildə rejissor Yusif Əkbərov olub.

1980-ci il quruluşunda Nəsibə Zeynalova (Ballı), Xanlar Muradov (Rəhim), Səyavuş Aslan, Atabala Səfərov (Qədir), Sona Həsənova (Aygün), Bəhram Əliyev (Azər), Məsumə Rzayeva (Züzü), İra Əliyeva (Əcnəbi qız) oynayıblar.

1996-ci ildə Ema Məlikova, Səmayə Musayeva (Ballı), Möylə Mirzəliyev, Xanlar Muradov (Rəhim), Bəhram Əliyev, Nadir Xasıyev (Azər), Güldanə Əzimova Kəmalə İsayeva, Rəna Səmədova (Aygün), Ramiz Məmmədov (Qədir), İzabella Şvets (Əcnəbi qız), Nahidə Orucova (Züzü) çıxış edib.

2014-cü ildə hazırlanan tamaşanın quruluşçu rejissoru yenə də Yusif Əkbərovdur.
Müəllif tamaşa haqqında düşüncələrini mediaya belə açıqlayıb: “Əsər də, tamaşa da müasir zaman üçün aktualdır. Əsərin əsas qayəsində vətənə məhəbbət dayanır. Tamaşada da bunu insanlara aşılamağa çalışırıq. “Qızıl toy”un tamaşaçılar tərəfindən seviləcəyinə əminəm”.

Rejissor tamaşanın hazırlığında teatrda təmir və bərpa işlərindən sonra yaradılmış müasir standartlara cavab verən texnoloji imkanlardan istifadə olunacağını bildirib.
Yeni tamaşanın quruluşcu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə İbadova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanova, rejissor assistenti isə Tamilla Aslanovadır.

Əsas rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova, Ema Məlikova (Ballı), Çingiz Əhmədov, Əkbər Əlizadə (Qədir), aktyorlar - Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, Türkel Şabanova (Aygün), Elvin Əliyev, Şaban Cəfərov (Azər), Yuliya Heydərova (Əcnəbi qız), Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elməddin Dadaşov (Turist oğlan), Svetlana Bulax (Turist qadın), Gülnarə Abdullayeva, Gülnarə Əzizova (Züzü) iştirak edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG