Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:44

Suriyada humanitar yardım təşkilatının üzvləri azad edilib


Arxiv foto
Arxiv foto
Bu ilin yanvar ayından bəri Suriyada əsir kimi saxlanan qərbyönümlü humanitar yardım təşkilatının üzvləri azad edilib.

Mayın 15-də «Medecins Sans Frontieres» elan edib ki, 5 tibb işçisi artıq sərbəst buraxılıb.

Onlar Danimarka, Belçika, İsveç, İsveçrə və Perudandırlar.

Parisdə mənzillənən humanitar yardım qrupu bildirib ki, onların 3-ü apreldə azad edilibmiş.
İşçilərinin oğurlanmasından sonra «Medecins Sans Frontieres» Suriyada açdığı hospitalı və iki tibb məntəqəsini bağlamağa məcbur olub.

Suriyada döyüş gedən ərazilərdə jurnalist və tibb işçilərinin oğurlanması halları bir neçə dəfə baş verib. Döyüşən hər iki tərəf də ayrı-ayrı adam oğurluğunun arxasında dayanıb.
XS
SM
MD
LG