Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:19

Mayın 18-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək


TQDK

TQDK

-

May ayının 18-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, imtahan - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində keçiriləcək.

İmtahanda 18773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13856 abituriyent I qrup üzrə, 4917 abituriyent IV qrup üzrə imtahan verəcək.

Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı ildəndir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
XS
SM
MD
LG