Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:06

Moskva yaxınlığında 60-dan çox antimiqrant həbs olunub




Polis Moskvadan 30 km aralıda yerləşən Puşkino şəhərində gəlmələr əleyhinə etiraz aksiyası keçirən 60-dan çox adamı həbs edib.

Özbəkistan vətəndaşının yerli sakini öldürməsindən sonra şəhərdə miqrantların əleyhinə aksiya keçiriblər.

Aksiyaçılar gəlmələr əeyhinə şüarlar səsləndiriblər, küçələrdəki kioskları dağıdıblar və avtobus sürücülərinə hücum edərək, onları döyüblər.

Qətldə şübhəli bilinən Özbəkistan vətəndaşı Zhakhongir Akhmedov isə ölkəsində həbs edilib.

Rusiyada bir neçə dəfə miqrantların əleyhinə aksiyalar keçirilib.
XS
SM
MD
LG