Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:41

Əli Həsənov: «İnsan vəzifədən çıxanda yaddan çıxır, belə olmaz»


Əli Həsənov

Əli Həsənov

-

«Mən tədbir başlayanda Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovdan soruşdum ki, rayonun əvvəlki icra başçısı tədbirə dəvət olunubmu? Dedi ki, yox. Mən bunu qüsur sayıram».

APA-nın məlumatına görə, bunu Laçın rayonunun işğalının 22-ci ildönümü ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin Məcburi İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

Ə.Həsənov deyib ki, insan vəzifədən çıxanda yaddan çıxır: «Belə olmaz. Vəzifə müvəqqəti, insanlıq daimidir. Bu insanlar müəyyən dövrdə çalışıblar, heç kəsi yaddan çıxarmaq olmaz. Belə tədbirlərə əvvəllər çalışmış insanlar dəvət etmək lazımdır ki, onlar özlərini pis hesab etməsinlər. Bizim üçün vəzifə məgər daimidir? Bu elementi daim nəzərə almalıyıq. Bu, ölkədəki qüsurdur, aradan qaldırmalıyıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG