Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:50
-
Mayın 16-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

HOLLANDE GETDİ Kİ, QAYITSIN


“Turan” informasiya agentliyi Fransa prezidenti Francois Hollande-nin Bakıya səfərindən yazır:

“Ukraynaya görə Amerika-Rusiya münasibətlərinin kəskinləşməsi şəraitində məhz Fransaya xüsusi vasitəçi rolu ayrıla bilər. Ona görə təsadüfi deyil ki, Bakı və Yerevanda Francois Hollande prezidentlərə təklif etdi ki, Parisdə görüşüb söhbəti üçtərəfli formatda davam etdirsinlər. Paris görüşlərinin sülh sazişi ilə imzalanacağını gözləmək sadəlövhlük olardı. Bunu Fransa prezidenti də anlayır və Cənubi Qafqaza mümkün təkrar səfərindən danışdı. Hollande başa düşür ki, regionda, xüsusən Azərbaycanda demokratik dəyişikliklər olmadan tənzimləmə prosesinin irəliləyişi sıfıra bərabərdir. Bu amili onun Bakıda Əliyev rejimi tərəfindən təqibə məruz qalan bir qrup siyasətçi və vətəndaş cəmiyyəti fəalı ilə görüşü də sübut edir. Fransa prezidenti görüşdə dəqiq anladıb ki, ölkənin demokratikləşməsi Azərbaycan-Fransa münasibətlərinin əsas gündəlik mövzularından biridir. Bunu, xüsusi xidmət orqanları Francois Hollande səfəri ərəfəsində Fransa Şərəf Legionu kavaleri, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusun ovuna çıxan prezident İlham Əliyev də anlayır. Beşinci respublikanın şərəfini xilas etməli olan fransızlar bütün diqqəti kavalerin müdafiəsinə yönəltməli və siyasi müzakirənin tonunu aşağı salmalı oldu, Azərbaycan tərəfi də elə buna nail olmaq istəyirdi. Amma demokratiya mövzusunda dialoqu çox gözləmək lazım gəlməyəcək - Hollande vətəndaş fəalları ilə söhbətində vəd edib ki, bələdiyyə və parlament seçkilərini və bir il sonra Bakıda keçiriləcək Avropa Olimpiadasını diqqətlə izləyəcək”.

BƏZİ TARİXİ ABİDƏLƏR ÖZƏLLƏŞDİRİLƏ BİLƏR

Qax rayonunda tarixi abidə

Qax rayonunda tarixi abidə

Dövlət tərəfindən mühafizə olunan tarixi abidələrin yarısından çoxunun təmirə ehtiyacı vardır. Dövlət mühafizəsi siyahısında adı olan tarixi abidələri qısa müddətdə təmir etmək dövlət çətin məsələdir. Həmin siyahıya yeddi mindən artıq tarixi abidənin adı salınmışdır. Eyni zamanda, bu gün iki minə yaxın yeni aşkarlanmış tarixi abidə də mövcuddur. Ümumiyyətlə, son illərdə tarixi abidələrin bərpası, qorunub saxlanması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycanda tarixi abidələrə gündəlik qayğı göstərilir. AzərTAc xəbər verir ki, bu sözləri mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, bəzi tarixi abidələrin özəlləşdirilməsi də nəzərdə tutulub. Amma özəlləşdirən tərəflə müqavilə bağlanacaq ki, həmin abidələrin qorunması, tarixiliyinin itirilməməsi təmin olunsun.

KLASSİK DİLEMMA: HƏRB, YOXSA SÜLH?

“Yeni Müsavat” qəzeti də Dağlıq Qarabağ probleminin həllindən yazır:

“Qərb dairələrində də belə qənaətlər ciddiliyini saxlayır ki, Krımın ilhaqından bir müddət sonra Rusiya dominantlıq elədiyi başqa bölgələrdə, o cümlədən Güney Qafqazda analoji addımlara gedəcək. Ayrı sözlə, Qarabağ məsələsində Kremlin hansısa qeyri-ordinar hərəkətini gözləməyə dəyər. Bır sıra analitiklər isə bu təxminləri bölüşmür. O sırada tanınmış rusiyalı politoloq Vladimir Yevseyev vesti.az-a müsahibəsində belə fikirləri yanlış hesab edərək bildirir ki, Krımdakı situasiyanı 2008-ci ildə Cənubi Osetiyada baş verənlərin davamı saymaq olmaz: “Krım Qafqaz problemi deyil, Rusiya-Amerika, Rusiya-Qərb münasibətlərinin problemidir. Mən inanmıram ki, Rusiya silahlı qüvvələri Ukrayna və ya NATO qüvvələri ilə vuruşacaq. NATO-nun Ukraynada elə mühüm maraqları yoxdu ki, ona xətir Rusiya ilə müharibəyə getsin. Nəticələr həm Rusiya üçün, həm də Qərb üçün acınacaqlı olacaq. Heç kim Rusiya ilə müharibə etməyəcək, heç Rusiyanın özü də müharibəyə hazırlaşmır”.

BAĞÇADA DƏRİSİ SOYULAN UŞAQ

uşaq bağçası

uşaq bağçası

ANSPRESS: “İndi Bakıda uşağı uşaq bağçasına düzəltmək ali məktəbə düzəltməkdən çətindir. Yəni ali təhsillə bağlı məsələ aydındır - imtahandan sonra hüququ çatan, yəni testi qazanan abiturient ölkədəki 150 min tələbədən birinə çevrilə bilər. Amma bağçalarla vəziyyət belə deyil - şəhər üzrə hüququ çatan 4 nəfərdən yalnız 1-i (uşaqların 23%-i) bağçaya düşə bilir. Rəqəm Təhsil Nazirliyinə məxsusdur və hökumətin ölkə üzrə açıqladığı rəqəmlər isə daha dəhşətlidir - 1-5 yaş arasında, yəni bağça yaşında olanların yalnız 14,8%-i bu imkandan yararlana bilirlər. Kənd yerlərində isə uşaqların yalnız 8,1%-i bağçaya gedə bilir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG