Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

“Azərbaycanda jurnalistlərin təqibi media azadlığını korlayır”


Dunja Mijatović

Dunja Mijatović

-
ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Dunja Mijatović mayın 15-də bəyanat yayaraq jurnalist Pərviz Həşimliyə verilən uzun müddətli həbs cəzasından hiddətləndiyini bildirib. O, həmin qərarı Azərbaycanda media azadlığı mühitinin pisləşməsinə daha bir sübut adlandırıb.

“DƏHŞƏTƏ GƏLDİM”

“Məhkəmənin bu günkü qərarından dəhşətə gəldim. Hakimiyyəti media təmsilçilərini susdurmaq üçün onları həbsxanaya atmağı dayandırmağa çağırıram”.

“Bizim Yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimliyə 8 il iş kəsilib. Onunla birgə həbs edilən Təvəkkül Qurbanov isə 8 il yarım azadlıqdan məhrum edilib.

Pərviz Həşimli qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama maddələri ilə ittiham olunur. Pərviz Həşimli isə ittihamları rədd edir. Hüqiq- müdafiə təşkilatları jurnalistin siyasi sifarişlə tutulduğunu deyirlər.

ÇƏKİNDİRİCİ MÜHİT

“Hazırda Azərbaycanda 10-dan çox media üzvü həbsxanadadır, ya məhkum olunub, ya da məhkəməsini gözləyir. Bu, mənim ofisim yaradılandan bu ölkədə müşahidə edilən ən böyük rəqəmdir. Bu narahatedici cərəyan araşdırıcı jurnalistikanı çəkindirir, hədə və qorxu mühiti yaradır,” Mijatović deyib.

Mijatović həbsdə olan jurnalistlərin adlarını sadalayır, AzadlıqRadiosunun müxbiri Xədicə İsmayıla davamlı təhdidləri vurğulayır. ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi bu günlərdə Bakıdakı çəkilişləri müsadirə olunmuş fransalı jurnalistlər barədə də məlumatlı olduğunu qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG