Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:06
-
Bu gün səhər saatlarında Həzi Aslanov – Dərnəgül xətti ilə hərəkət edən qatarda yanğın baş verib.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə metronun Koroğlu stansiyasında meydana gəlib.

Hadisə yerinə FHN xilasediciləri və dövlət yanğından mühafizə briqadaları cəlb olunub, sərnişinlər stansiyadan təxliyyə olunublar.

Baş vermiş hadisə səbəbindən bir çox stansiyalarda qatarların hərəkətində fasilə yaranıb.

Yanğın söndürüldükdən sonra hadisənin baş verdiyi qatar depoya aparılıb. İlkin ehtimala görə, yanğının qatarın araqatında baş vermiş isinmə səbəbindən meydana gəldiyi güman olunur.

Hazırda qatarların hərəkəti bərpa olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG