Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:20

Bir məhkəmə sədri, dörd hakim cəzalandırılıb


-
Goranboy rayon Məhkəməsinin sədri Vidadi Nəsirov, Gəncə inzibati-iqtisadi məhkəməsinin hakimləri Cavad İbrahimovRafiq Məmmədov vəzifələrindən azad olunub.

Məhkəmə-Hüquq Şurasının mayın 15-də yaydığı məlumata görə, belə bir qərar ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Bundan başqa Gəncə hərbi məhkəməsinin hakimi Vaqif Qədirovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Şəki rayon məhkəməsinin hakimi Kamran Süleymanova irad tutulub.

Məlumata görə, adıçəkilən hakimlər vətəndaşların hüquqlarını pozduqlarına, korrupsiya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə cəzalandırılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG