Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:50

Hakimiyyət Müsavata Bakı kəndində yer təklif etdi


-
Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultayını Əmircandakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirməyi tövsiyə edib. Əlavə edib ki, bu mədəniyyət evinin rəhbərliyi ilə razılaşdırılmalıdır.

Bununla əlaqədar Müsavat Partiyası bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, Müsavat Partiyası fevralın 11-də Bakı şəhər İcra Hakimiyyətindən qurultay keçirmək üçün 800-1000 nəfərin yerləşə biləcəyi zal ayırmasını xahiş edib. Səttar Bəhlulzadə adına Mədəniyyət Evi isə 620 yerlikdir.

Bəyanatda Bakı şəhər İcra Hakimiyyətinin partiyanın müraciətinə cavabı gecikdirməsi qanunlara hörmətsizlik kimi qiymətləndirilir. Bildirilir ki, məqsəd partiyanın qurultay keçirməsinə maneə törətməkdir.
XS
SM
MD
LG