Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:14

Vyetnamda Çin əleyhinə nümayişdə 1 adam ölüb, 100-dən çox adam yaralanıb


Vyetnamda Çin əleyhinə nümayişlər
Vyetnamda Çin əleyhinə nümayişlər
Mayın 15-də Vyetnamda Tayvanlılara məxsus polad zavodunda qiyamda 1 çinli ölüb, 100-dən çox adam yaralanıb.

Bu, Vyetnamda Çin əleyhinə nümayişlərin davamıdır.

Çinlə Vyetnam arasında gərginlik uzun illər səngisə də, bu ayın əvvəlində Çin Cənubi Çin Dənizində neft quyusu qazmağa başlayanda yenidən qızışdı.

Həmin əraziyə Vyetnam da iddia edir.

Vyetnamda Çin əleyhinə nümayişlərdən sonra minlərlə çinli Kamboca sərhəddini keçməklə Vyetnamı tərk ediblər.

Vyetnam hökuməti etirazları legitim sayır, ancaq vəziyyəti nəzarətə götürmək üçün sərt tədbirlər görür.

Çin Vyetnamın ən böyük ticarət tərəfdaşıdır. Vyetnama ən çox investisiya isə Tayvandan gəlib.
XS
SM
MD
LG