Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:38

BP Azərbaycanda gördüyü işlərin hesabatını verir


BP şirkəti Azərbaycanda 2014-cü il birinci rübün nəticələrini açıqlayıb

AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ (AÇG)

AÇG-də iştirak payları: BP (operator – 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

HASİLAT

Birinci rübdə AÇG-nin fəaliyyətində mühüm bir nailiyyət qeyd olundu – Çıraq Neft Layihəsi (ÇNL) çərçivəsində ilk neft əldə olundu. Qərbi Çıraq platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başladı. O vaxtdan bəri Qərbi Çıraq platformasından hasilat artaraq üç quyudan indiki həddinə - gündə 40 000 bareldən artıq səviyyəyə çatmışdır. Qərbi Çıraqdan hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.

Birinci rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli və Qərbi Çıraq platformalarından birlikdə – gündə orta hesabla 645 800 barel (b/g) (və ya ümumilikdə 58 milyon barel, yəni təqribən 8 milyon ton) təşkil edib.

SƏMT QAZI

Birinci rüb ərzində ARDNŞ-yə gündə təxminən 6,2 milyon kubmetr (218 800 milyon standart kubfut), ümumilkdə isə 0,6 milyard kubmetr (19,7 milyard kubfut) AÇG səmt qazı verilib.

İXRAC

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təxminən 970 milyon standart kubfut və ya 27,4 milyon standart kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur.

2014-cü ilin biribci rübü ərzində terminal 75 milyon barel neft (o cümlədən 65.2 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8,02 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 1,34 milyon barel dəmir yolu vasitəsilə və 0,44 milyon barel kondensat ixrac kəməri vasitəsilə) ixrac etmişdir.

2014-cü ilin biribci rübü ərzində terminal həmçinin gündəlik orta hesabla 25,5 milyon standart kubmetr (900 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac etmişdir.

BAKI-TBİLİSİ-CEYHAN (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.


2014-cü ilin birinci rübündə BTC üzrə əsaslı xərclərə $14,6 milyon xərclənmişdir. 2014-cü il üçün əsaslı xərclərin $119 milyon olması gözlənilir.

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.

Aprel ayının 21-də BTC Türkiyənin Ceyhan terminalında neftlə yüklədiyi 2500-cü tankerı yola salmağını qeyd etdi. “Vinga” adlı tanker Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına nəql edilmiş 735 000 barel neft yükləyərək İspaniyaya yola düşüb. ”Vinga” tankerinə yüklənilmiş xam neft Azərbaycan Dövlət Neft Fonduna məxsusdur.

1 768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC boru kəməri ümumilikdə 1,9 milyard bareldən artıq (256 milyon ton) xam neft nəql edərək dünya bazarlarına göndərib.

2014-cü ilin birinci rübündə BTC vasitəsilə 8.7 milyon ton (66 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 88 tankerə yüklənib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdə Tengiz neftinin nəql olunması bərpa olunub. Bundan əlavə, bu ilin fevral ayında ARDNŞ-nin əməliyyatçısı olduğu Şimal Marşrutu İxrac Boru Kəmərinin axın istiqaməti uğurla dəyişdirildi. Bu, BP ilə ARDNŞ-nin bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Müvafiq kommersiya razılaşmaları əldə edildi və bu da Rusiya xam neftinin BTC vasitəsilə ixracına imkan verdi.

ŞAHDƏNİZ

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), LUKOYL (10%), NİKO (10%), və TPAO (9%). Bu faizlərə Statoyldan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir.

2014-cü ilin birinci rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə $120 milyon əməliyyat xərcləri və $785 milyondan çox əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $480 milyon və $3 milyard 650 milyon olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə, o cümlədən dənizdəki işlənmələr və Səngəçal terminalının genişləndirilməsinə aiddir.

Birinci rüb ərzində Şahdəniz yatağı Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ-a və BTC şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirmişdir.

Üç ay ərzində yataqdan 2,32 milyard kubmetr (təqribən 82 milyard kubfut) qaz və 0,6 milyon ton (təqribən 4,44 milyon barel) kondensat və ya gündəlik təxminən 26 milyon kubmetr (909 milyon standart kubfutdan çox) qaz və 49 330 barel kondensat hasil edilmişdir.

2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2014-cü ilin birinci rübünün sonunadək yataqdan bazarlara təqribən 50,3 milyard kubmetr (1 775 milyard standart kubfut) qaz və 13 milyon tondan çox (194 milyon barel) kondensat ixrac edilib.

2013-cü ildə mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində Şahdəniz hasilat sisteminin gündəlik maksimum gücü 966 milyon standart kubfut qaz və 55 000 barel kondensat səviyyəsinə qaldırıldı. Şahdəniz tərəfdaşları 2014-cü ilin axırına qədər hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırdı.

CƏNUBİ QAFQAZ BORU KƏMƏRİ (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator – 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), LUKOYL (10%), NİKO (10%), və TPAO (9%). Bu faizlərə Statoyldan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir.

Birinci rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə $12 milyon əməliyyat xərcləri və $137 milyon əsaslı xərclər sərf edilib. Tam il üçün əməliyyat xərclərinin $50 milyon olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində $1 milyard 250 milyona qədər artacaq.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.

İl ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü 18,14 milyon kubmetr (təqribən 640.5 milyon kubfut) qaz və ya gündə 110 430 barel neft ekvivalenti olmuşdur.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

İŞÇİLƏR

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 854 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərin ümumilikdə 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG