Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10

Budapeştdə gənc Azərbaycan rəssamlarının sərgisi açılıb


Sərgidə 29 rəssamın 135 işi nümayiş etdirilir.

Sərgidə 29 rəssamın 135 işi nümayiş etdirilir.

-
Mayın 14-də Budapeştin məşhur «Koqart» qalereyasında gənc Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, sərgi səfirliyinin dəstəyi ilə «Dirçəliş» Gənclərin Sosial Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən düzənlənib və Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub.

Sərgidə 29 rəssamın 135 işi nümayiş etdirilir.

Ekspozisiyaya daxil olan müxtəlif janrlı əsərlər bundan əvvəl Avropanın bir sıra mühüm mədəniyyət mərkəzlərində--Parisdə, Brüsseldə, Vyanada, Praqada nümayiş etdirilib və böyük tamaşaçı marağı qazanıb.
Sərginin açılışında Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev, «Dirçəliş» Gənclərin Sosial Psixoloji Mərkəzinin direktoru İslam Baxşəliyev, «Koqart» qalereyasının icraçı-direktoru sənətşünas Katalin Hazi çıxış ediblər.

Xəbərdə vurğulanır ki, sərgi yalnız mədəni deyil, həm də xeyriyyəçilik məqsədi daşıyır.

Müəlliflərin razılığı ilə burada satılan əsərlərdən toplanan vəsaitin 25 faizi Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeştdə inşa olunan «Əlil uşaqlar üçün Laslo Battani Roma katolik evi, uşaq bağçası və ibtidai məktəb» kompleksinin fonduna köçürüləcək.

Tamaşaçıların böyük marağını qazanan sərgidə sənət adamları, diplomatik korpus nümayəndələri, Macarıstandakı Azərbaycan diasporunun üzvləri və azərbaycanlı tələbələr iştirak ediblər.

Sərgi 3 gün tamaşaçıların üzünə açıq olacaq.
XS
SM
MD
LG