Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26

Əli Kərimli: «Biz dinc, məxməri inqilab istəyirik» [Video]


-
AXCP sədri Əli Kərimli ölkədə baş verən son siyasi proseslər barədə danışıb:

«DƏYİŞİKLİK ETMƏK İSTƏYƏN İNSANLAR HƏDƏFDƏDİR»

«Azərbaycanda klassik avtoritar rejim formalaşıb. 21 ildir sülalə hakimiyyəti davam edir. Azərbaycan xalqı dinc yolla bu hakimiyyəti dəyişməyə qadir deyil, çünki seçkilər saxtalaşdırılır. Ölkədə dəyişiklik etmək istəyən insanlar hədəfdədir. Vətəndaş cəmiyyətinin önəmi artıb. Azad sözə, maarifləndirməyə hakimiyyət təhlükə mənbəyi kimi baxır. İnsanlar niyyətlərinə, əqidələrinə görə həbs olunublar. Hökumət xeyli müddətdir ki, öz vətəndaş cəmiyyəti ilə savaş halındadır. Jurnalistlər, dindarlar, vətəndaş cəmiyyəti nümayəndələri, sosial şəbəkə fəalları hədəfdədirlər. Bütün bunlarda da məqsəd müxalifəti cəmiyyətdən təcrid etməkdir».

«ÇOX AZ BİR QRUP BU YÜKÜ ÇİYNİNƏ GÖTÜRÜB»

«Hüquq-mühafizə orqanlarını bizə qarşı repressiya alətinə çeviriblər. Cəmiyyət təmkinli olmalıdır. Demokratiyanı itkilərsiz bərqərar etmək olmur. Biz bu mərhələni ona görə ağır keçiririk ki, çox az bir qrup bu yükü çiyninə götürüb. Bu qrup millətin maarifləndirilməsini, təşkilatlanmasını təmin edə bilər. Nə zaman millət qərar versə ki, biz belə yaşamağa layiq deyilik, o zaman inqilab olacaq. Biz dinc, demokratik, məxməri inqilab istəyirik».

«AZƏRBAYCANIN GƏLƏCƏYİ HAQQINDA OPTİMİST DÜŞÜNÜRƏM»

«Əsas çıxış yolu insanların məlumatlandırılmasıdır. İnternetin, sosial şəbəkələrin imkanları böyükdür. Düşünmürəm ki, hökumətin apardığı qara piar insanların diqqətini çəkir. Üzdə müstəqil kimi görünən, ancaq hakimiyyətə işləyən mətbuat orqanları daha təhlükəlidir. Biz həqiqi informasiya resurslarını artırmalıyıq. İnsanlarda vətəndaş mövqeyi çoxalır. Azərbaycanın gələcəyi ilə bağlı optimist düşünürəm...».

Şərhləri göstər

XS
SM
MD
LG