Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:43

300 milyon oğurlayan mer? - Mətbuat icmalı


Viktor Khrapunov
Viktor Khrapunov
- Ukraynanın ən varlı adamı Rinat Akhmetov bilmir, kimin tərəfini saxlasın.

- Almatı öz keçmiş metini 300 milyon dollar oğurlmaqda günahlandırır.

- Çin bu il ABŞ-ı ötəcək

Bu və digər mövzular Qərb mətbuatının icmalında


DONETSKLİ UKRAYNA OLİQARXI SEÇİM QARŞISINDA

Oliqarxın dilemması. Financial Times qəzeti Ukraynanın ən varlı adamı olan Rinat Akhmetovun düşdüyü çətyin vəziyyətdən yazır. Ukraynanın daş kömür mədənlərinin, polad sənayesinin və elektrik enerjisinin yarısı bu şəxsindir.

Akhmetovun var-dövlətinin çox hissəsi isə ölkənin şərqindədir. Oliqarx burda keçirilən referendumları rədd edir. O, rəsmi Kiyevlə şərqdəki separatçılar arasında danışıqlara çağırır. Ancaq böhranın qızışmağı Axmetovun əsil niyyətləri haqda mübahisə doğurub. Akhmetovu yaxından tanıyanlar əmindirlər ki, o, ölkənin parçalanmağının əleyhinədir, “O, gələcəyi naməlum olan ərazidə, yəni Donetsk regionunda yaşamaq istəmir.”

Ancaq ölkənin ən varlı adamı tərəflər arasında tarazlığı saxlamalıdır. Əgər o, separatçıları dəstəkləsə, Kiyevin və Qərbin sanskiyaları ilə üzləşəcək və hətta ola bilsin, biznesini itirəcək. Əgər Kiyevi dəstəkləsə, onda öz dayaq məntəqsi olan Donetskdə vəziyyəti pisləşəcək və Rusiyanın təzyiqləri ilə üz-üzə qalacaq.

MER BU QƏDƏR OĞURLAYA BİLƏRMİ?

Qazaxıstanın Almatı şəhəri öz keçmiş merini ABŞ-ın Los Anceles şəhərində məhkəməyə verib.

Almatının keçmiş meri Viktor Khrapunovun Kaliforniyada mülkləri, Nyu Yorkda lüks hoteli var. Nyu Yorkdakı hoteli 67 milyon dollara alıb.

New York Times qəzetinin yazdığına görə, Almatı iddia edir ki, bu pullar keçmiş merin şəhər büdcəsindən oğurladığı və rüşvətdən yığdığı pullardır.

Almatı bildirir ki, eks-mer 300 milyon dollar oğurlayıb.

Qazaxıstanın həm də keçmiş naziri olan Khrapunov hazırda İsveçrədə yaşayır. Almatı şəhərindən başqa Qazaxıstan dövləti də Khrapunova qarşı cinayət ittihamları irəli sürüb və onu İsveçrədən tələb edir.

ÇİN 1-Ə ÇIXIR

2014-cü ildə dünya iqtisadiyyatında mühüm dəyişiklik olacaq. Bunu Washington Post qəzeti yazır.

Dünya Bankının təqdim etdiyi yeni göstəricilərdən iqtisadçılar bu nəticəni çıxarırlar ki, 2014-cü ildə Çin öz Daxili Məhsulunun həcminə görə ABŞ-ı ötəcək. Çinin daxili məhsulu bu il 16 trilyon 800 milyard dollar olmalıdır. ABŞ-da isə 16 trilyon 100 milyard dollar.

Ancaq bu, Çini ABŞ-dan varlı ölkə etməyəcək.

Adambaşına düşən daxili məhsul ABŞ-da Çindən 5 dəfə yuxarıdır. ABŞ-da adambaşına 50 min dollar daxili məhsul düşür, Çində 10 min dollar.

BOKO HARAM NƏDİR?

Financial Times qəzeti yazır ki. Nigeriyada məktəbdən 200 qızı oğurlayan və həbsdə olan yaraqlılara dəyişmək istəyən Boko Haram təşkilatı regional problemə çevrilib. Bu islamçı yaraqlılar 5 ildir ki, mübarizə aparırlar, 4 min adam öldürüblər, yarım milyon adam öz ölkəsində məcburi köçkünə çevrilib. Təkcə bu il ölənlərin sayı 1500-dür.

Boko Haram əvvəlcə təhlükəsizlik qüvvələrini hədəfə alırdısa, sonradan rüşvətxor hesab etdiyi siyasətçiləri də qətlə yetirməyə başladı. Daha sonra Boko Haramın hədəfi xristianlar, bir az da sonra tənqidi fikir söyləyən islamçı ilahiyyatçılar, BMT agentliklərində işləyənlər və onlarla əməkdaşlıq edənlər oldu. Boko Haram indi tələbələri, xəstəliyə qarşı peyvənd edən həkimləri hədəfə alır.

AVROPA BİRLİYİNƏ "HƏ", NATO-YA "YOX"

Los Angeles Times qəzeti yazır ki, Ukraynalı sosiloqların fikrincə, Ukraynada son 10 ildə ilk dəfə olaraq sorğularda Avropa Birliyinə tərəfdar olanlar 50 faiz həddini keçib.

Razumkov Mərkəzinin apardığı sorğuya görə, rəyi soruşulnaların 52 faizi Avropa Birliyi ilə, cəmi 16 faizi isə Rusiya ilə siyasi və iqtisadi əlaqələrə tərəfdardır.
Razumkov Mərkəzi Ukrayna boyu 2 min adamın fikrini öyrənib. Krımda sorğu keçirilməyib.

Ancaq mərkəz bildirir ki, Krımın 2 milyon əhalisi var, bu da Ukraynanın 46 milyonluq əhalisinin təxminən 4 faizi qədərdir. Yəni, sorğunun son nəticəsinə əhəmiyyətli təsir göstərmir.

NATO-ya qoşulmağa tərəfdar olan isə nisbətən azdır- 36 faiz. Rəyi soruşulanların 41 faizi NATO-ya qoşulmağın əleyhinədir.

ROUHANİ İSTƏSƏ, MOUSAVİNİ BURAXDIRAR

3 ildə ilk dəfə olaraq İranın müxalifət lideri Mir Hossein Mousavinin şəkli qəzetlərdə yer alıb. O, xəstəxanada çarpayıdadır. Daily Telegraph qəzeti yazır ki, Mousavi bununla özünün ev dustaqlığında vəziyyətinin ağırlaşdığını göstərmək istəyir.

İranın keçmiş baş naziri olan Mousavi 2009-cu il seçkilərini udmağa doğru gedirdi, ancaq sərt xətt tərəfdarları vəziyyətə müdaxilə etdi. Bundan sonra Mousavi ev dustağı oldu. Hazırda onun ürəyində problemlər var.

İran prezidenti Rouhanidən bu yaxınlarda jurnalistlər soruşublar ki, o, prezidentliyə namizəd olanda həbsdə olan Mousavini azad edəcəyinə söz vermişdi, bunu niyə edə bilmədi? Rouhani cavab verib ki, o, vədlərini unutmayıb.

Nobel Sülh mükafatı laureatı Shirin Ebadi isə deyir ki, Mousavinin həbsinə məsuliyyət elə Rouhaninin üzərində olmalıdır, hətta Rouhaninin üzərində ikiqat məsuliyyət var. Ebadi deyir ki, İranın Milli Təhlükəsizlik Şurasının sədri kimi Rouhani istəsə, Mousavini azad etdirə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG