Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27
-
Siyasi məhbuslarsız Azərbaycan İctimai Alyansı “Ayna”-“Zerkalo” qəzetlərinin əməkdaşı Rauf Mirqədirovun, ictimai fəal, hüquq müdafiəçisi Emil Məmmədovun qanunsuz həbsindən, hüquq müdafiəçisi Leyla Yunusa qarşı hakimiyyətin həyata keçirdiyi siyasətdən, jurnalist Pərviz Həşimliyə 8 il həbs cəzası verilməsindən dərin narahatlığını bildirir.

Bu siyasətin dərhal dayandırılmasını, həbs olunanların azadlığa buraxılmasını tələb edir.
“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının mayın 15-də yaydığı bəyanatda deyilir ki, hakimiyyətin fərqli düşüncəyə malik ictimai siyasi fəallara qarşı intiqam almaq və divan tutmaq siyasəti davam edir.

“Əsgər ölümlərinə son” aksiyasında iştirak etdiklərinə görə NİDA Vətəndaş Hərəkatının 8 üzvünə 6 ildən 8 ilə qədər qanunsuz və absurd həbs cəzası verən Əliyev rejimi gənclərimizi vətəni sevdikləri üçün cəzalandırır. Bu cəza xalqa və onun gələcəyi olan gənclərə qarşı ən ağır qisas və intiqam cəhdidir. Məhkəmə hökmünə etiraz edənlərə qarşı elə həmin gün polisin həyata keçirdiyi zorakalıq aktları və qanunsuz həbslər isə hakimiyyətin insanların etiraz hüququnu boğmaq və onları qorxutmaq üçün həyata keçirdiyi ənənəvi repressiya metodlarının tərkib hissəsidir”, - bəyanatda qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG