Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:57

«Naxçıvan küllükləri...»


Arxiv foto
Arxiv foto
-

Şərq qapısı 14.05.2014

Küllüklər və güllüklər

«Oğlumun nağılları, yaxud bizim həqiqətlərimiz» silsiləsindən 6-cı nağıl
ötən həftəsonu idi. Ailəliklə ata ocağına – Kəngərli rayonunun Yurdçu kəndinə gedirdik. Şəhərdən yenicə çıxmışdıq. Avtomobilimiz Əliabad qəsəbəsini keçib üzüyuxarı gedəndə qızım yolun sol tərəfindəki yaşıllıqların arasındakı rəngbərəng gülləri göstərərək – ordakı güllüklərə baxın (öz aləmində ayrı-ayrı gülləri nəzərdə tuturdu), – deyə hamımızı əmrinə tabe etdirdi. Qızımın özünəməxsus sevincinə şərik olandan sonra öz-özümə uca səslə, – bir vaxtlar buralar küllük idi, indi bunları görüb heyrətlənirsən, lap nağıl kimi gəlir adama, – dedim.

Oğlum nağıl sözünü eşitcək mənə tərəf çevrilib uzun-uzun mənalı-mənalı üzümə baxdı.

O müddətdə artıq hər şeyi qərarlaşdırmışdıq. Bu gecə oğluma danışacağım nağıl bu barədə olacaqdı. Mənzil başına çatana kimi nağılın süjetini qurmuş, adını da düşünmüşdüm: «Küllüklər və güllüklər».

Kəndə çatandan sonra oğlum həyətimizdəki müxtəlif meyvə ağaclarının altında, sərin havada doyunca oynayıb yorulmuşdu.

Gecə düşüb yatmaq zamanı gələndə nağıla çevrilən daha bir uşaqlıq həqiqətlərimi nağıl eləməyə başladım.

Bir vaxt vardı, heç nə yoxdu.

Balaca kənddəki sənin kimi balaca bir uşağın dostlarına çevrilən böyük ağaclar vardı. Axşamçağı kölgəsində oynadığın o ağacların heç biri yox idi. Onların yerində daha böyük ərik, alma, gilənar, armud və digər ağaclar Günəşə boylanırdı. Bir gün elə bir zəmanə gəldi ki, həmin balaca oğlan qışda üşüməsin, soyuqdan donmasın deyə, valideynləri o böyük ağacları kəsib qış uzunu yandırmışdılar…
XS
SM
MD
LG