Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:34
-

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən veb-sayt hazırlanır.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu yaxınlarda istifadəyə veriləcək «www.mirzashafi.az» saytı 7 bölmədən ibarət olacaq.

Burada Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı, onun hikmətli sözləri, xələfləri və sələfləri haqqında ətraflı məlumat veriləcək.

Sayta daxil olmaqla şairin ana yurdu Gəncə, eləcə də, onun yaratdığı «Divani hikmət» məclisi haqqında məlumat əldə etmək mümkün olacaq.

Saytın ana səhifəsində dahilərin gəncəli müdrik haqqında dediyi sözlər, biblioqrafiya bölməsində isə Vazeh haqqında yazılan kitab və biblioqrafiyalar barədə məlumat yer alacaq.

Musiqi bölməsində dahi şairin şeirlərinə bəstələnmiş musiqilərin notları yerləşdiriləcək.

AMEA-nın Gəncə bölməsinin akademik katibinin müavini Samir Pişnamazzadənin sayta Mirzə Şəfinin əlyazmalarının da yerləşdiriləcəyini bildirib.

Bunun nəticəsində alimlər, dissertantlar, eləcə də tələbələr oradan istədikləri materialı asanlıqla əldə edə biləcəklər.

Veb-sayt Azərbaycan, ingilis, fransız və alman dillərində fəaliyyət göstərəcək.

Bu il Mirzə Şəfi Vazehin 220 illik yubileyidir.

Bu yubileyin keçirilməsi barədə ölkə prezidenti sərəncam imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG