Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:30
«Nə qədər ki ölkədə müstəqil KİV və cəsarətli jurnalistlər var, həqiqəti müdafiə etmək şansı var! Aprelin 28-dən 29-na keçən o dəhşətli gecəni siz mənimlə oldunuz».

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun mediaya müraciətində belə deyilir.
Leyla Yunusun müraciətində deyilir ki, «bu gün – 15 may 2014-cü ildə biz müdafiədən hücuma keçirik. Bəs odlu dəstək – «ağır artilleriya» olmadan, bizim jurnalistlərin dəstəyi olmadan hücuma necə keçməli?

Bizim ən yaxşı vəkillərimiz Leyla və Arif Yunusovlara qarşı qanunsuz hərəkətlərlə bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət göndəriblər:

1) Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskinin qanunsuz, hüquqazidd əməlləri və aprelin 28-də bizim aeroportda qanunsuz saxlanaraq axtarış aparılması;
2) Nizami və N. Nərimanov küçələrindəki mənzillərdə qanunsuz axtarışların aparılması. Üç axtarışa – aeroportda şəxsi əşyaların və iki mənzildə axtarışa dair üç protokolun surətinin verilməsindən imtina edilməsi;

3) Aprelin 28-də aeroportda Leyla və Arif Yunusovların pasportlarının alınması və indiyədək qaytarılmaması;

4) Mənzillərin texniki pasportlarının və mülk kağızlarının qanunsuz götürülməsi, o cümlədən 2011-ci ilin avqustunda Şəmsi Bədəlbəyli küçəsi, 38 ünvanda yerləşən evin dağıdılması və H. Abutalıbovun bu evə görə 178.000 manat verməkdən imtina etməsi. Ali Məhkəmə də daxil olmaqla, bütün məhkəmə instansiyalarının qərarlarında məhz bu məbləğ göstərilib. H. Abutalıbov məhkəmənin qərarlarına məhəl qoymur.

5) 2014-cü il aprelin 28-29-da 26 saat ərzində istintaq hərəkətləri zamanı L. və A. Yunusovlara qarşı qeyri-insani, insan ləyaqətini alçaldan münasibətin göstərilməsi;
6) Unibank tərəfindən qanunun pozulması».

Birinci müraciət üzrə məhkəmə mayın 16-da saat Nəsimi Rayon Məhkəməsində olacaq.

«Dövlətə xəyanət»də ittiham olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Leyla və Arif Yunuslar aprelin 28-də Bakı hava limanından geri qaytarılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların evində və ofisində axtarışlar aparıb. Bir gün sonra Leyla Yunus baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG