Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:29

Bela Gutman-ın «Benfika» qarğışı


«Sevilya» klubu qələbənin dadını çıxarır

«Sevilya» klubu qələbənin dadını çıxarır

-

Avropa Liqası Kubokunun final oyununu İspaniyanın «Sevilya» klubuna uduzan «Benfika» macar məşqçisi Bela Gutman-ın adını və məşhur lənətini yenə xatırlamağa məcbur qaldı.

Portuqaliya klubunun futbolçularıyla 2 dəfə – 1961 və 1962-ci illərdə Çempionlar Kubokunu qazanan Gutman «Benfika»nın adını tarixə yazdırmışdı. Daha sonra bu uğurlara görə maaşının artırılmasını istəyən macar məşqçinin tələbi geri çevrilincə, onun ağzından məşhur qarğış səslənmişdi:

«Qoy «Benfika» yüz il Avropa kuboklarına həsrət qalsın».

Bu lənət, bu qarğış, hələ ki, doğrulmaqdadır. Portuqaliya klubu 1962-ci ildə dilə gətirilən o lənətdən və klub rəhbərliyi məşqçini qovandan bəri 8 dəfə, 2 dəfə isə ard-arda Avropa finallarına çıxsa da, hər dəfə meydandan məyus ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG