Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:18
-
Türkiyədə tətildir

Türkiyənin ən böyük həmkarlar ittifaqı mayın 15-də ölkə ərazisində tətil elan edib. Dünən kömür mədənində qəzada 282 nəfər həlak olub. 120 fəhlənin xilasına artıq ümid qalmayıb.

Həlak olanların ailələrinə psixiatr yardımı göstərilir, mədənin girişini hərbi polis qoruyur.

Baş nazir Recep Tayyip Erdogan mayın 14-də Somadakı mədənə baş çəkəndən sonra hökumətin hər hansı məsuliyyət daşımadığını bildirib. Onun maşınını daşa basıblar.

Ankara və İstanbulda minlərlə etirazçını dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Etirazçılar Erdogan-ın istefasına çağırırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG