Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:55
"Yoldaşıma vətəndaşlıq verilib, övladımla mənə yox".

Səadət Babayeva AzadlıqRadiosunun "Qaynar xətt"inə özünə və övladına vətəndaşlıq verilməməsindən şikayət edir. Deyir, hələ Sovet dövründə həyat yoldaşı ilə o, dövlət xətti ilə Tacikistana işləməyə göndərilib. 2006-cı ildə həyat yoldaşı Azərbaycana qayıdıb və qısa müddət ərzində vətəndaşlıq ala bilib. Bir neçə ay sonra Səadət Babayeva da Azərbaycana köçüb. Ancaq onun vətəndaşlıq alması mümkün olmayıb. Deyiblər ki, indi vətəndaşlıq almaq üçün yeni yaradılmış Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşmək və gözləmək lazımdır. 8 il keçib, Səadət Babayevaya hələ də vətəndaşlıq verilməyib. Ancaq onun problemi bununla bitmir. 1995-ci ildə Tacikistanda doğulmuş və valideynləri ilə 2006-cı ildə Bakıya köçmüş, hazırda isə 19 yaşında olan qızı Sevil Babayevaya da vətəndaşlıq verilmir.

Vətəndaşlıq - bir ailə üzvünə verilib, digərinə yox...

Səadət Babayeva:

“Mən özüm Azərbaycanda doğulmuşam. Tacikistana da təyinatla getmişəm, orda ev-eşiyi satmışıq, qeydiyyatdan çıxıb Azərbaycana qayıtmışıq, burda ev də almışıq, məskunlaşmışıq. Yoldaşım burda qeydiyyata da düşüb, vətəndaşlıq da alıb. Qızımla mənə isə vətəndaşlıq verilmir. Qızım şəxsiyyət vəsiqəsi ala bilmir. Biz nə etməliyik? Aradan neçə il keçir, qocaldıq getdik, hələ də vətəndaşlıq ala bilməmişik”.

Dövlət Miqrasiya Xidmətinin məktubunda isə bildirilir ki, Aytən Cabbarova Tacikistan Respublikasında doğulduğuna görə ona Azərbaycan vətəndaşlığı verilə bilməz.

“Absurddur...”

Hüquqşünas Namizəd Səfərov bunu absurd sayır:

“Belə bir qanun yoxdur ki, birmənalı şəkildə desin ki, sənə Azərbaycan Respublikasının vətəndaşlığı verilə bilməz. Vətəndaşlıq üçün müraciət edən şəxsin qarşısında qanuni şərtlər qoyulur. 5 il ərzində o şərtlərə əməl edibsə, o adama vətəndaşlıq verilməlidir. Vətəndaşlıq prezidentin fərmanı ilə verilir. Ancaq mən rast gəlməmişəm ki, son illərdə kiməsə vətəndaşlıq verilsin. Bizdə vətəndaşlıq almaq çox çətindir. Başqa ölkələrdən 10-20 illərlə əvvəl buta köçüb yaşayanlar var ki, ev-eşik, oğul-uşaq, iş sahibi olublar, ancaq hələ də Azərbaycan vətəndaşı deyillər. Səadət Babayeva Dövlət Miqrasiya Xidmətindən aldığı imtina məktubu əsasında ərazi üzrə inzibati məhkəməyə müraciət edə bilər. Bəlkə problemini hüquqi müstəvidə tapa bildi”.

Azərbaycan Respublikası Konstitusiyasının 52-ci - Vətəndaşlıq hüququ maddəsində konkret göstərilir ki, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG