Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:50

Bloqqerin kasasiya şikayəti təmin olunmayıb


Foto: Arxiv
Foto: Arxiv
-
Mayın 14-də Ali Məhkəmə qanunsuz narkotik ticarəti ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilmiş bloqqer Rəşad Ramazanovun kasasiya şikayətini təmin etməyib.

Şikayət Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclasının qərarından verilmişdi.
Bu haqda onun vəkili Azər Nağıyev məlumat verib.

Vəkil bildirib ki, yanvarın 9-da Rəşad Ramazanovun şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclası keçirilib. Məhkəmənin qərarı müdafiə tərəfə verilməyib. Bir həftə sonra Apellyasiya Məhkəməsi işə mahiyyəti üzrə baxaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil bunu bloqqerin məhkəmə qərarından şikayət vermək hüququnun pozuntusu saydığı üçün Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclasının qərarından kasasiya şikayəti verib.

Rəşad Ramazanov keçən ilin mayında saxlanmışdı. Polis onun üstündən 9 qram heroin tapmışdı. Ancaq Rəşad Ramazanov narkotikin onun üzərinə siyasi motivlərlə qoyulduğunu bildirib.

2013-cü ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanovu CM-nin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitənin qanunsuz saxlanması və satışı) maddəsi ilə təqsirli bilərək 9 il azadlıqdan məhrum edib.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Rəşad Ramazanovu «vicdan məhbusu» kimi tanıyıb.
XS
SM
MD
LG