Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08

İran və 6 superdövlət yekun sazişin mətnini razılaşdırır


Vyana danışıqları

Vyana danışıqları

İran və 6 superdövlət Vyanada mayın 14-16-sı danışıqların yeni mərhələsinə başlayıblar. Bu mərhələdə Tehranın nüvə proqramı ilə bağlı yekun sazişin mətni razılaşdırılmalıdır.

Avropa Birliyinin Xarici siyasət rəhbəri Ashtonun sözçüsü Michael Mann danışıqları çox çətin adlandırır. O deyib ki, tərəflər yekun sazişin əldə olunmasını istəyirlər, ancaq bu o demək deyil ki, hər hansı bir tarixə qədər bunu etmək istəyirlər.

6 dövlət – ABŞ, Rusiya, Almaniya, Britaniya, Çin və Fransa İranın nüvə proqramının ixtisarı müqabilində İrana qarşı sanskiyaları götürməyi təklif edir.

Keçən ilin sonunda Cenevrədə əldə olunmuş müvəqqəti razılığa görə İran öz nüvə fəaliyyətini 6 aylığa dondurdu və əvəzində sanksiyaların bir qismi ləğv olundu.
Həmin Cenevrə razılaşmasının vaxtı iyulun 20-də bitir.

Günün bütün mövzuları

XS
SM
MD
LG