Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Ombudsman 12 ildə nə iş görüb? [Video]


-
«Şəffaflıq» verilişində Ombudsman Aparatının fəaliyyəti müzakirə edilib. «Şəffaflıq Azərbaycan» təşkilatının «Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi» layihəsi çərçivəsində son illərdə Ombudsmanın fəaliyyəti araşdırılıb və bir sıra məqamlar qeyd edilib.

Verilişə qatılan hüquq müdafiəçisi Sədaqət Paşayeva və «Şəffaflıq Azərbaycan» İB-nin nümayəndəsi Məhəmməd Muradov mövzu ətrafında danışıblar.


Hüquq müdafiəçisi Sədaqət Paşayeva:
«Ölkədə mülkiyyət hüquqlarının pozulması məhkəmə qaydasında tənzimlənən məsələlərdir. Ağrılı haldır ki, mülkiyyət hüquqlarının pozulması insanlarda demokratik, müstəqil ölkə haqqında mənfi fikirlərin formalaşmasına, ümidsizliyə gətirib çıxarır. Ombudsman bu hadisələrin tam içində olmalı idi, pozulmuş ədalətsizliyin qarşısını almaq, insan haqlarının qorunmasında aktiv iştirak etməli idi. Hələ indiyə kimi ictimaiyyət qarşısında bir dinləmənin, açıqlamanın şahidi deyilik. QHT olaraq müraciət edirik ki, yardımçı olsun. Birmənalı cavab odur ki, müvəkkil məhkəmənin işinə qarışa bilməz. Məhkəmə prosesi çox genişdir, orada jurnalistlər, hüquq müdafiəçiləri iştirak edir, amma ombudsman bu proseslərdən kənarda qalır, izləmir. Sonrakı fəaliyyətimdə tədbirlərinə qatılmadım, çünki onların fəaliyyəti kağız üzərində qalır...».

«Şəffaflıq Azərbaycan» İB-nin nümayəndəsi Məhəmməd Muradov:
«Hesabatın gəldiyi əsas qənaət ondan ibarətdir ki, Ombudsman Aparatı yaxşı komanda formalaşdırsa da, qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirmək üçün insan və maddi resursları çatmır. İnformasiya əldə etmək haqqında qanuna nəzarəti də ombudsman həyata keçirməlidir və resurslar artırılmalıdır. Aparatın büdcəsi ilə bağlı məlumatımız yoxdur, amma ekspertlərimiz deyir ki, bu büdcə onların işlərini tam yerinə yetirməyə yetmir...».

Şərhləri göstər

XS
SM
MD
LG