Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

Hövsanda neft quyusunda yanğın olub



Hövsan qəsəbəsindəki neft quyusunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, yanğın mayın 14-də səhər olub.

İstismara verilməsi üçün hazırlanan quyunun üzərində quraşdırılmış fontan armaturunda neft-qaz fontanı baş verib. Bundan sonra atmosferə çıxan neft-qaz məhsulu yanaraq, 250 kvadratmetr sahədə ətrafa yayılıb.

Quyunun yaxınlığında olan qazma aqreqatı, avtomobili və digər quyular yanğından mühafizə olunub. Yanğın saat 11:12-də söndürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG