Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:01

Müsavat həmməruzəçilərlə görüşdən imtina etdi


-
Müsavat Partiyası AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri ilə görüşməyəcək.

Bu barədə mayın 14-də partiya açıqlama yayıb.

Açıqlamada bildirilir ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin ölkəyə səfər proqramını təşkil edən şəxslər Musavat rəhbərliyinə Joseph Debono GrechPedro Agramunt ilə görüş təklif ediblər.

Müsavat bəyan edir ki, həmməruzəçilər «Azərbaycanda demokratiyanın və azadlıqların boğulmasına laqeyd yanaşdıqlarına, xüsusilə siyasi məhbuslar və seçkilərlə bağlı hakimiyyətin mövqeyini təkrar edən yanlış fikirlər səsləndirdiklərinə görə» onlarla görüşü məqsədəuyğun saymır.

Partiya rəhbərliyi hesab edir ki, AŞPA həmməruzəçiləri Azərbaycanda real həqiqəti əks etdirən mövqe sərgilədikdən sonra bu qərarına yenidən baxa bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG