Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Nərgiz Kərimova solo konsert verəcək


Nərgiz Kərimova
Nərgiz Kərimova
-

Mayın 15-də Dövlət Musiqili Teatrının solisti, əməkdar artist Nərgiz Kərimovanın solo konserti olacaq.

Musiqili Teatrın Mətbuat xidmətinin yaydığı xəbərə görə, konsert Kamera və Orqan Musiqi Zalında keçiriləcək.

Azərbaycan Dövlət Fortepiano triosu – əməkdar artistlər Nərgiz Əliyarova (piano), Töhfə Babayevanın (violin) müşayiətilə keçiriləcək konsert proqramında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal sinfini fərqlənmə diplomu ilə bitirib.

1988-ci ildə Bəstəkarlar İttifaqı adından keçirilən Musiqi Festivalının, 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız - 89» respublika müsabiqəsinin, 1990-cı ildə Moskvada keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olub.

1991-ci ildə Almatıda keçirilən M. Qlinka adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində ikinci turda uğurlu çıxışına görə fəxri fərmanla təltif edilib.

2002-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının aktyorudur.

2003-cü ildə teatr sənəti sahəsində qazandığı uğurlarına görə «İlin ən yaxşı gənc aktrisası» nominasiyası üzrə fəxri fərmanla təltif edilib.

Vokalçı 2012-ci ildə Qazaxıstanın Karaqanda şəhərində keçirilən «Docstar» I Beynəlxalq açıq müsabiqəsində birinci yeri tutub.

2012-ci ildə əməkdar artisti adına layiq görülüb, Prezident mükafatçısıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG