Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:21

Soma mədən faciəsi (xəbər, foto, video)

Kömür mədənində qəzada 282 nəfər həlak olub. 120 fəhlənin xilasına artıq ümid qalmayıb. Türkiyənin ən böyük həmkarlar ittifaqı mayın 15-də ölkə ərazisində tətil elan edib


- Mayın 13-də Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və ardınca yanğın yüzlərlə adamın ölümü ilə nəticələnib.

- Qəza məqamında mədəndə 700-dən artıq fəhlə olub. Onların 200-dən çoxunun öldüyü təsdiq edilir. Digərlərinin taleyi məlum deyil. Xilasetmə işləri aparılır

- Faciə ilə bağlı Türkiyə rəsmilərinin ünvanına ciddi ittihamlar səslənir.

AzadlıqRadiosu Soma faciəsini yaxında izləyərək bu CanlıBloqu daim yeniləyir. Məlumatlar xronoloji ardıcıllıqla yerləşdirildiyindən ən son xəbərlər və şərhlər bloqun əvvəlindədir. Onun sonunda "davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək olar
16:57 15.5.2014
12:44 15.5.2014
ERDOĞAN: BELƏ QƏZALAR YALNIZ TÜRKİYƏDƏ BAŞ VERMİR

Türkiyənin baş naziri Recep Tayyip Erdoğan mayın 14-də Somada şaxtaçılar və onların ailələri qarşısında çıxışında deyib:

«Belə şaxta qəzaları yalnız Türkiyədə baş vermir. Bir çox ölkələrdə, Birləşmiş Ştatlarda, Çin, Fransa, Hindistan və Belçikada da baş verir. Həmin ölkələrdə şaxta qəzalarında ölüm halları olub. Ölkəmiz daha yaxşı durumda deyil».
10:39 15.5.2014
02:03 15.5.2014
Ermənistan prezidenti Serzh Sarkisian Türkiyə prezidenti Abdullah Gülə teleqram göndərib.

Sarkisian Somadakı şaxtada baş vermiş faciəyə görə Gülə və türk xalqına "dərin hüznlə başsağlığı verdiyini" bildirib.

Ölənlərin yaxınlarına möhkəm olmağı, yaralılara tezliklə sağalmağı arzulayıb.

Davamı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG