Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:08

Azərbaycanda doğuşdan sonra daha bir ana ölüb.


Hadisə Sabirabad rayon Perinatal Mərkəzində baş verib.

Mərkəzdən APA-ya verilən məlumata görə, Saatlı rayonunun Çolpu kənd sakini, 27 yaşlı Alidə Rzayeva ötən gecə mərkəzdə qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatdan sonra qadında daxili qanaxma başlayıb. Qadın ikinci dəfə əməliyyata götürülüb. Bundan sonra özünü yaxşı hiss edən xəstənin halı mayın 14-ü səhər saatlarında pisləşib və o, kəskin ağciyər və ürək catışmazlığından vəfat edib.

Həkimlər qanaxmaya səbəb kimi qadında qan xəstəliyinin olmasını göstəriblər. Alidə Rzayevanın 5 yaşında talassemiya xəstəliyi ilə bağlı dalağının çıxarıldığı qeyd olunub.
Ölümün səbəbləri ekspertizanın rəyindən sonra açıqlanacaq.

Alidə Rzayeva bundan əvvəl də qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG