Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:02

İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib


İlham Əliyev
İlham Əliyev
Mayın 14-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdulla Gülə Somadakı kömür mədənində baş verən partlayışla bağlı baş sağlığı verib.

Başsağlığında deyilir ki, «baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm».

Xəbəri president.az saytı yayıb.
XS
SM
MD
LG