Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:51
-

Milli Şura mayın 14-də Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun ofisində siyasi məhbuslarla bağlı forum keçirib.

Forumda çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Azərbaycanda 140-a qədər siyasi məhbus və vicdan məhbusunun yarısı narkotik ittihamı ilə tutulub.

Elton Quliyev:

«NİDA-çıların hökmü bu gün bizə təqdim olunub. Azərbaycan Respublikası adından verilən bu sənəddə yazılanları sözlə ifadə etmək mümkün deyil. Azərbaycan adından belə bir hökmün çıxarılması biabırçılıqdır. Biz ədalətə nail olmaq üçün Avropa Məhkəməsinə getməliyik. Ölkə daxilində hansısa ədalətli hökm çıxarılacağına inanmırıq, amma Avropa Məhkəməsinə getmək üçün biz ölkədaxili bütün məhkəmə instansiyalarını keçməliyik».
Leyla Yunus:
«Bu gündən Azərbaycan AŞPA-da sədrliyə başlayır. Amma bu gün ölkədə 140 siyasi və vicdan məhbusu var. Onlar susdurulmaq, fəaliyyətlərini dayandırmaq üçün həbsdədir...».

«Azərbaycanda insan haqları, söz azadlığının vəziyyəti nə qədər pis olsa da, mən hər zaman qürur duymuşam ki, Özbəkistan və digər ölkələrdən fərqli olaraq Azərbaycanda qadınlarla daha ehtiyatlıdırlar. Amma Kəmalə Bənəniyarlı hadisəsi hakimiyyətin qadın-kişi fərqi qoymadan hər kəsi susdurmağı qarşıya məqsəd qoyduğu məlum oldu. Kəmalənin vəziyyəti çox pisdir, o fiziki zorakılığa məruz qalıb. Onunla kimsənin, eləcə də həkimlərin görüşünə icazə verilmir...».

«Rauf Mirqədirovun işindən sonra Leyla Əliyeva, Eldar Namazov, Arzu Abdullayeva Ermənistanda tədbirə getməkdən imtina ediblər...».
Əli Kərimli:

«Azərbaycan 6 ay Avropanın insan haqlarına rəhbərlik edəcək. Nə qədər paradoksal olsa da, Azərbaycan dünyanın diqqət mərkəzində olacaq. Biz bundan istifadə etməliyik. Dünyanın diqqətini Azərbaycandakı vəziyyətə çəkməli, müxtəlif kampaniyalar təşkil etməliyik».

Rəsul Cəfərli:

«Bu gündən AŞPA sədrliyi Azərbaycana keçir. Sədrliyin ümumi e-mail-i var, biz ora Azərbaycandakı vəziyyətlə bağlı məlumat göndərməliyik. Fakslar göndərməliyik. Onlardan bu məsələni diqqətdə saxlamalarını tələb etməliyik».
Aslan İsmayılov:

«Men NİDA-çılara hökm verən hakimlərin fotolarını «facebook»da paylaşdım, sonradan mənə nə qədər müraciətlər oldu ki, fotoları çıxarım. Məndə olan məlumata görə, tezliklə bütün hakimlərin fotoları saytlardan çıxarılacaq. Bu o deməkdir ki, verilən hökm onlar üçün de adi deyil. Çünki onların uşaqları, yaxınları, dostları var «facebook»da. İstəmirlər ki, belə bir hökm çıxaran kimi daha çox tanınsınlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG