Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:46

Netanyahu İranı ittiham edir


Benjamin Netanyahu
Benjamin Netanyahu
İran özünün nüvə və raket texnologiyasını Şimali Koreya ilə bölüşür.

Bunu mayın 14-də Yaponiyada səfərdə olan İsrailin baş naziri Benjamin Netanyahu yerli mətbuata müsahibəsində bildirib.

Şimali Koreyanın nüvə və ballistik raket proqramı Yaponiyanı təhlükəsizlik baxımından narahat edən başlıca problemlərdən biridir.

Bu həftə İran və 6 dünya dövləti yekun nüvə razılaşmasını əldə etmək üçün Vyanada bir araya gəlirlər. Mayın 13-də başlanan görüş 3 gün davam edəcək. Onların məqsədi tərəflər arasında 10 ilə yaxındır davam edən nüvə mübahisəsinə hərtərəfli və köklü diplomatik həll yolu tapmaqdır.

ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya istəyirlər ki, İrana iqtisadi sanksiyaların qaldırılması üçün Tehran növbəti 2 ay ərzində nüvə fəaliyyətini xeyli azaltsın.
XS
SM
MD
LG