Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:45

​7 Ukrayna əsgəri öldürülüb


Arxiv foto
Arxiv foto
-

7 Ukrayna əsgəri ölkənin şərqində Rusiyayönlü separatçıların pusqusuna düşərək, öldürülüb. Ukraynanın müdafiə naziri bildirib ki, ötən gün 30-a yaxın separatçı qumbara və avtomat silahlarla Kramatorsk şəhəri yaxınlığında hərbi maşın konvoyuna hücum edib.

Nazirin sözlərinə görə, həmin hadisədə 6 əsgər ölüb, daha 8-i yaralanıb. Ukrayna təhlükəsizlik xidməti daha sonra ölüm sayının 7-ə yüksəldiyini açıqlayıb.

Bu, Ukrayna ordusunun «antiterror» əməliyyatlarına başladığı dövrdən bəri ən çox itki verdiyi hadisədir. Kramatorsk insidentindən əvvəl ümumilikdə 9 hərbçinin öldüyü deyilirdi.
XS
SM
MD
LG