Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:40

Mayın 11-də keçirilən qəbul imtahanının nəticələri açıqlanıb


TQDK
TQDK
TQDK mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

İmtahanda iştirak edən abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlərin imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənməkləri mümkündür.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 18302 abituriyentdən 1304 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 16998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.
XS
SM
MD
LG