Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:38

Manisada kömür mədənində partlayışda 201 nəfər ölüb, 80 yaralı var


Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 201-ə çatıb. 80 adamın xəsarət aldığı bildirilir, onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Mayın 13-də baş verən partlayışa elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal olunur.

Türkiyənin enerji naziri Taner Yildiz bildirib ki, partlayış anında mədəndə 787 işçi çalışırmış. Nazir həmçinin şaxtaçıların əksəriyyətinin ölümünə karbonmonoksid zəhərlənməsinin səbəb olduğunu bildirib. Hazırda xilasetmə işləri davam edir.

Bu arada şaxtaçıların ailə üzvləri və yaxınları yerli xəstəxananın ətrafına toplaşaraq məlumat almağa çalışırlar.

Türkiyənin baş naziri Tayyip Erdogan faciə ilə bağlı mayın 14-də Albaniyaya planlaşdırılan səfərini təxirə salıb və hadisə yerinə gedəcəyini bildirib.
XS
SM
MD
LG