Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:51

Ukraynada Kommunist Partiyasını qadağan edə bilərlər


-
Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turchinov Ədliyyə Nazirliyindən xahiş edir ki, Kommunist Partiyasının separatçılıqla məşğul olub-olmamasını araşdırsın.
Turchionov deyib ki, əgər bunun sübutları tapılsa, onda kommunist partiyası qadağan olunmalıdır.

Turchinov parlamentdə deyib ki, Kommunista partiyasının separatçı fəaliyyəti ilə bağlı çoxlu informasiya var.

O, Kommunist partiyasının lideri Petro Simonenkonu Mariupol hadisələri barədə yalan və Rusiyapərəst təbliğat yaymaqda ittiham edib.

Simonenko parlamentdə demişdi ki, polis nümayişçiləri dağıtmaq üçün silah işlətməkdən imtina etdiyinə görə xüsusi təyinatlı qüvvələr mayın 9-da polis məntəqəsinə hücum edərək polis zabitlərini öldürdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG