Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35
-
Əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi «Cəngi» caz qrupu mayın 11-dən 15-dək Fransada qastrol səfərində olacaq.

Səfər Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə baş tutub.

«Cəngi» dünən--mayın 12-də Reyms şəhərində konsert verib.

Bu gün--mayın 13-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində çıxış edəcək.

Qrupun mayın 14-də Parisin «Oratoire du Louvre» kilsəsində konsertləri nəzərdə tutulub.

«Cəngi» etno-caz layihəsi ilə çox maraqlı konsert proqramı hazırlayıb.

Qrupun üzvləri Arzu Həsənli (vokal), Mircavid Cəfərov (tar), Tural Qasımlı (piano), Vasif Hüseynzadə (piano), Coşqun Sadıqov (tütək, balaban), Kamran Kərimov (nağara), Ruslan Hüseynov (bas gitara), İsgəndər Ələsgərov (zərb alətləri) və Mircavad Cəfərovdur (ud).

Konsert proqramına 13 kompozisiya daxil edilib.

«Cəngi» caz qrupu H.Rzayevin «Çahargah Rapsodiyası», Q.Qarayevin «2 nömrəli prelüd»ü, Motsartın «8 nömrəli sonata»sı, S.Kəriminin «Ömrümün istəyi» və «Güllü qafiyə»si və b. kompozisiyalarla Fransa tamaşaçıları qarşısında çıxış edəcək.

«Cəngi» caz qrupu 1992-ci ildə ustad musiqiçi Rafiq Babayevin təşəbbüsüylə fəaliyyətə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG