Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:45
-
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şimal istiqamətində gedən qaz kəmərində bərpa işlərini başa çatdırdıqdan sonra Rusiyaya qaz ixracını bərpa etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə SOCAR rəhbəri Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda SOCAR Rusiyaya qaz ixrac etmir. Bu, Azərbaycandan Rusiyaya gedən qaz kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.

Qaz ixracı 2014-cü ilin yanvarından dayandırılıb: «Hələlik qazın verilişi bərpa edilməyib. Bu, müqaviləyə heç bir təsir göstərmir, çünki müqavilə qaz nəqlini istənilən zaman bərpa etmək şərti ilə bağlanıb».

2013-cü ildə ARDNŞ Rusiyaya 1,37 milyard kubmetr qaz ixrac edib.
XS
SM
MD
LG