-
Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri yekunlaşmaq üzrədir.
Tamaşa türk dünyasının böyük sərkərdəsi Əmir Teymurun həyatına həsr olunub.
Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun AzadlıqRadiosuna verdiyi xəbərə görə, H. Cavidin «Topal Teymur» dramı əsasında Mehriban Ələkbərzadənin hazırladığı tamaşa «Əmir Teymur» adı ilə seyrçilərə təqdim olunacaq.
H. Cavidin «Topal Teymur» beşpərdəli dramı 1925-ci ildə yazılıb, bir il sonra çap olunub və tamaşaya qoyulub.
Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədır.
Rəqs və döyüş səhnələrini əməkdar artist Pərviz Məmmədrzayev qurub.
Quruluşçu rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Əmir Teymur rolunu xalq artisti Nurəddin Mehdixanlıya tapşırıb.
İlk tamaşanın mayın 20-də göstəriləcəyi nəzərdə tutulub.