Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:19

Borat Qazaxıstan səfirliyini də çaşdırdı - Mətbuat icmalı


Səfirliyin təqdim etdiyi kitabda Billy Sexcrime adlı qazaxıstanlı musiqiçi kimdir? Paul Goble-n təhlilinə görə, Rusiya 4 ildir münaqişəyə hazırlıaşır - mətbuat icmalı

Britaniyalı aktyor Sacha Baron Cohenin məşhur Boratı – guya qazaxıstanlı televiziya jurnalisti olan Boratın ABŞ-dakı sərgüzəştləri haqda filmlərin qəhrəmanı Borat Sagdievi Qazaxıstanın ABŞ-dakı səfirliyini də çaşdırıb.

Washington City Paper yazır ki, səfirliyin təqdim etdiyi Qazaxıstan mədəniyyəti haqda kitabın musiqi hissəsində Billy Sexcrime adlı musiqiçinin adı çəkilir.

Ancaq Qazaxıstanda belə musiqiçi yoxdur. Onu ilk dəfə Sacha Baron Kohen Borat haqda növbəti filmdən danışanda 2006-cı ildə deyib. Billy Sexcrime Boratın filminin personajıdır.

Hətta Qazaxıstan mediası da çaşıb. Time.kz yazır ki, "Billy Sexcrime adında müasir qazax musiqiçisi yoxdur."

RUSİYA MÜNAQİŞƏYƏ ÇOXDAN HAZIRLAŞIR?

New Republic məcmuəsi ABŞ –ın tanınmış politoloqu Paul Goble-un son araşdırmasını sitat gətirir ki, Rusiya 4 ildə hərbi xərclərini 80 faiz artırıb. Xüsusi xidmətlərə və polisə xərclər 50 faiz artıb. Hərbi xərclər təhsilə və səhiyyəyə xərclərin əhəmiyyətli azalması hesabına baş verib. Goble burdan bir nəticə çıxarır: Rusiya hərbi münaqişəyə və ya ölkənin daxilində repressiyalara hazırlaşır.

DONETSKDƏN KÖÇÜB-GETMƏK DƏ OLMUR

Donetsk Rusiyaya birləşmək qərarını verəndən sonra Donetskdəki ukraynalılar köçüb-getməyə hazırlaşır. Bunu Times qəzeti yazır. Donetskdəki vəziyyət haqda İrina adlı yerli sakin qəzetə deyir ki, şəhərdə qanun-qayda yavaş-yavaş yox olub-gedir.

“İndi burda hamı evdə silah alıb-saxlamaqdan danışır. Köçüb-getmək istəyənlər isə evlərini sata bilmirlər. Çünki pulu olan evə vermək istəmir, pul başqa gözlənilməz ehtiycalara lazım ola bilər”.

RUSİYAYA QARŞI SANKSİYALAR - BLEFDİR

Almaniyanın Spiegel jurnalı əvvəlcə sual verir ki, niyə Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları blefdir?

Qəzet cavabında yazır ki, Avropa Birliyi Rusiyaya qarşı vahid cəbhədən çıxış etdiyini göstərir, Almaniya, Fransa, Britaniya kəskin sanksiyalardan danışırlar.

Ancaq bu, söz olaraq qalır. Hələlik olan sanskiyalar simvolikdir. Problem ondadır ki, Avropa Birliyinin əsas silahı olan iqtisadi sanskiyalara Birliyin bütün üzvlərinin razılığı lazımdır. Özü də yekdil razılıq. Məhz buna görə, Avropa Birliyinin kəskin sanskiyaları blefdir.

RUSİYA ZƏİFDİR

Foreign Affairs dərgisi yazır ki, Rusiya zəif olaraq qalır. Ancaq onun qonşuları ondan da zəifdir. Qərb isə onları müdafiə etməyə həmişə hazır deyil.

Suriya müharibəsi bir çoxlarının fikrincə, göstərdi ki, Rusiyanın nüfuz dairəsinə yaxınlşanda ABŞ-ın da qücü məhduddur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG