Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:41

Məhkəmə işdən çıxarılan Naxçıvan cəbhəçisinin şikayətinə baxır...


Yaşar Bağırsoy
Yaşar Bağırsoy
-

Mayın 13-də Babək Rayon Məhkəməsi AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoyun şikayəti üzrə hazırlıq iclası keçirib. Bu haqda AzadlıqRadiosuna Yaşar Bağırsoyun özü məlumat verib:

«İşdən qanunsuz çıxarılmağımla bağlı bu ilin mart ayında məhkəməyə müraciət etmişdim. Məni rayon Təhsil şöbəsi, Babək rayon Uşaq Gənclər İdman məktəbinin direktoru və həmkarlar ittifaqının protokoluna əsaslanaraq məşqçi-müəllimlikdən azad ediblər. Əsas kimi, guya, əmək funksiyamı yerinə yetirməməyim göstərilir. Bu əmri qeyri-qanuni hesab edirəm. Məhkəmədən xahiş etmişəm ki, mənim haqqımda çıxarılan qərarları qanunsuz saysın. Hazırlıq prosesi normal keçdi. Ümid edirəm ki, məhkəmə ədalətli qərar çıxaracaq. Əgər belə olmasa, növbəti hüququ addımları atacağam».

Növbəti məhkəmə prosesi mayın 26-na təyin olunub.

Yaşar Bağırsoy fevralın 22-də Babək rayon təhsil şöbəsindən işdən çıxarılması ilə bağlı məktub alıb. O, AzadlıqRadiosuna verdiyi açıqlamada işdən çıxarılmasını siyasi fəaliyyəti ilə əlaqələndirib.

Həmin vaxt Babək rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Füzuli Salmanov Yaşar Bağırsoyun işdən çıxarıldığını təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib. Babək rayon Təhsil İdarəsindən də suallarımızı cavablandırmayıblar.
XS
SM
MD
LG