Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:43
-

Mayın 17-də Avropada «Muzeylər gecəsi» mədəni-maarif aksiyası keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, aksiyaya müxtəlif ölkələrin iri muzeyləri, sərgi salonları və qalereyaları cəlb olunacaq.

«Muzeylər gecəsi» mayın 17-də Avropada səyahətdə olanlara bir gecədə bir neçə muzeydə olmaq kimi unikal imkan verəcək.

İri şəhərlərdə muzeylərə gedənlərin rahatlığını təmin etmək üçün sərgi salonları arasında şütüyən xüsusi şattl-avtobuslar təşkil ediləcək.

Aksiya çərçivəsində muzeylərin çoxu pulsuz olacaq.

Bundan əlavə, bəzi şəhərlərdə muzeylərə vahid biletlər satılacaq.


Aksiya dünya üzrə bir neçə min mədəniyyət müəssisəsini birləşdirir.

Bu aksiyaya qoşulan muzeylərin sayı ilbəil artır.

Günün bütün mövzuları

XS
SM
MD
LG