Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09
-
Dünyanın məşhur “Səs” (“The voice”) layihəsinin Ukrayna versiyasında iştirak edən azərbaycanlı Vaqif Nağıyev yarışmanın final mərhələsinə yüksəlib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Ukraynanın “Qolos Kraini” şousunun “nokaut” mərhələsində Xarkovda yaşayan azərbaycanlı - əslən Bakıdan olan 18 yaşlı Vaqif Nağıyev digər ifaçı Anyanya Udoqvo ilə yarışmada qalib adını qazanıb.

Vaqif Nağıyev tərkibinə Sergey Lazarev, Ani Lorak, Tamara Gverdchiteli və Svyatoslav Vakarchukun daxil olduğu münsiflər heyətinin qarşısında Müslüm Maqomayevin repertuarından “Sinyaya veçnost” mahnısını təqdim edib və onun ifası münsifləri məftun edib.

“Nokaut” mərhələsində Vaqif Nağıyev “Bee Gees” qrupunun meqahiti olan “Stay alive” mahnısını ifa edib.

Xəbərdə bildirilir ki, Tamara Gverdchiteli layihəni tərk etdiyindən və onun yerini şair Yuri Ribchinski tutub.

Vaqif və Anyanyanın çıxışlarını möhtəşəm adlandıran Yuri Ribchinski sonda azərbaycanlı müğənninin qalib olduğunu elan edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG