Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:59

Hollande: «Ermənistan Avropa Birliyi ilə Assosiativ saziş imzalaya bilər»


Francois Hollande Ermənistandadır
Francois Hollande Ermənistandadır
-
Yerevanın Rusiyanın yaratdığı Gömrük İttifaqına daxil olmaq planlarına baxmayaraq, Ermənistan Avropa Birliyi ilə də Assosiativ saziş imzalaya bilər.

Bunu mayın 12-də Yerevana gələn Fransa prezidenti Francois Hollande deyib.

Fransa prezidenti AzadlıqRadiosuna müsahibəsində bildirib ki, Avropa Birliyi Ermənistan üçün xüsusi model qəbul edə bilər. Ancaq bunun üçün Brüssel və Yerevan birgə plan üzrə işləməlidir.

Francois Hollande Yerevandan əvvəl Bakıda olub. Cənubi Qafqaza səfərin məqsədi Ermənistan-Azərbaycan, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə dəstək verməkdir.

Hollande deyib ki, Fransa ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və münaqişələrin də ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG