Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:18

Tikintidən rüşvətə görə keçmiş baş nazirə 6 il həbs cəzası kəsildi


Rüşvət ittihamı ilə keçmiş baş nazir 6 il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Rüşvət ittihamı ilə keçmiş baş nazir 6 il azadlıqdan məhrum edildi


İsrailin sabiq baş naziri Ehud Olmert 6 il azadlıqdan məhrum edilib. O, tikinti layihələrinə icazə verib qarşılığında rüşvət almaqda günahkar bilinib.

Hakim bildirib ki, Olmert 2 müxtəlif tikinti şirkətindən rüşvət alıb. Qüdsdə mənzil kompleksi tikən şirkət Olmertə 500 min şekel, yəni təxminən 144 min dollar rüşvət verib, başqa bir tikinti şirkəti isə 17 min dollar. .

Olmert ittihamı qəbul etmir.

68 yaşlı Ehud Olmert 2006-2009-cu illərdə İsrailin baş naziri olub.

İsrail tarixində ilk dəfədir ki, baş nazir olmuş şəxsi belə cəzalandırırlar.

Tikinti şirkətindən rüşvəti isə Olmert Qüdsün meri olanda alıb.

Bundan sonra baş nazir olan Olmert həmin ittihamlar görə baş nazirlikdən istefa verməyə məcbur oldu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG