Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:26

Erkin Qədirli REAL-ın Məclis Başkanı vəzifəsindən azad edilib


Erkin Qədirli
Erkin Qədirli
-
Respublikaçı Alternativ (REAL) Hərəkatının Məclis Başkanı Erkin Qədirli tutduğu vəzifədən azad olunub.

Bu barədə qərarı REAL-ın İdarə Heyəti verib.

Qurumun mayın 12-də yaydığı açıqlamada deyilir ki, Erkin Qədirli son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlara yol verib.

REAL bildirir ki, bununla bağlı əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib.
Buna görə də Erkin Qədirli hərəkatın Məclis Başkanı vəzifəsindən çıxarılıb. İdarə Heyətində üzv kimi qalsa da, səs vermək hüququndan məhrum edilib. Eləcə də, onun REAL Hərəkatının fəaliyyətilə bağlı KİV-ə müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılıb.

Erkin Qədirlinin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
XS
SM
MD
LG