Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56

Hollande: “Ermənistan Avropa Birliyi ilə Assosiativ saziş imzalya bilər”


 Francois Hollande Ermənistandadır

Francois Hollande Ermənistandadır

-
Yerevanın Rusiyanın yaratdığı Gömrük İttifaqına daxil olmaq planlarına baxmayaraq, Ermənistan Avropa Birliyi ilə də Assosiativ saziş imzalaya bilər.

Bunu mayın 12-də Yerevana gələn Fransa prezidenti Francois Hollande deyib.

Fransa prezidenti AzadlıqRadisouna müsahibəsində bildirib ki, Avropa Birliyi Ermənistan üçün xüsusi model qəbul edə bilər. Ancaq bunun üçün Brüssel və Yerevan birgə plan üzrə işləməlidir.

Francois Hollande Yerevandan əvvəl Bakıda olub. Cənubi Qafqaza səfərin məqsədi Ermənistan-Azərbaycan, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə dəstək verməkdir.

Hollande deyib ki, Fransa ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və münaqişələrin də ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG